Ermənistan parlamentinin sədri Qətərin yeni səfirini qəbul edib
Operativ Media
Ermənistan parlamentinin sədri Alen Simonyan ölkədə yeni təyin olunmuş Qətər səfiri Mansour Abdullah Al-Sulaiti ilə görüşüb.
Operativ Media xəbər verir ki, görüş zamanı Simonyan səfiri vəzifəyə başlaması münasibətilə təbrik edib və Qətərin Ermənistanda ilk daimi səfirinin təyin olunmasının iki ölkə arasında əlaqələrin inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib.
Tərəflər həmçinin parlamentlərarası münasibətlərin aktivləşdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.