Menyu

Suriya Prezidenti Almaniyaya səfər edib

Operativ Media
Suriya Prezidenti Almaniyaya səfər edib

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Almaniyaya səfəri başlayıb.

Operativ Media xəbər verir ki, səfər çərçivəsində Əhməd Əl Şaraa Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşüb.

Görüşdə ikitərəfli münasibətlərin gələcəyi və regiondakı vəziyyət müzakirə edilib, Yaxın Şərqdə sabitliyin təmin olunmasının vacibliyi vurğulanıb.

Prezident Frank-Valter Ştaynmayer Almaniyanın Suriyada sabitliyin bərqərar olunması, yenidənqurma və islahatların həyata keçirilməsi işinə dəstək göstərməyə hazır olduğunu bir daha ifadə edib.

Səfər çərçivəsində Suriya Prezidentinin Almaniya Kansleri Fridrix Merts ilə də görüşü olacaq.

Əlaqəli Xəbərlər