Menyu

Ceyhun Bayramov iranlı həmkarı ilə telefon danışığı aparıb - YENİLƏNİB

Operativ Media
Ceyhun Bayramov iranlı həmkarı ilə telefon danışığı aparıb - YENİLƏNİB

30 mart tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.

Bu barədə Operativ Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, telefon danışığı zamanı daha da gərginləşməkdə olan regional vəziyyətdən dərin narahatlıq ifadə olunub.

Bölgədə hərbi toqquşmaların tezliklə dayandırılması istiqamətində diplomatik səylərin artırılmasının vacibliyi vurğulanıb.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

22:29

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İranın xarici işlər naziri Səid Abbas Əraqçi arasında telefon danışığı olub.

Operativ Media xəbər verir ki, tərəflər regiondakı son vəziyyəti və ikitərəfli münasibətləri müzakirə ediblər.

Əlaqəli Xəbərlər