Azərbaycanda insanın klonlaşdırılması üsulları patent obyekti kimi tanınmayacaq
Operativ Media
Azərbaycanda insanın klonlaşdırılması üsulları patent obyektləri kimi qəbul edilməyəcək.
Operativ Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Patent haqqında" qanuna dəyişikliyi imzalayıb.
Sənədə əsasən, insanın klonlaşdırılması üsulları və onun klonu, insanın rüşeym xəttinin hüceyrələrinin genetik tamlığının modifikasiyası üsulları, insan embrionlarının sənaye məqsədləri üçün istifadə edilməsi patent obyektləri kimi qəbul edilməyəcək.