Menyu

Tramp: İranda rejim dəyişikliyinə nail olduq

Operativ Media
Tramp: İranda rejim dəyişikliyinə nail olduq

ABŞ və İsrailin İrana qarşı birgə əməliyyatı qrafikdən iki həftə irəli olmaqla davam etdirilir.

Operativ Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "CBS News"a müsahibəsində bildirib.

Onun sözlərinə görə, İran artıq münaqişəni davam etdirmək üçün kifayət qədər hərbi potensiala malik deyil.

"Mən deyərdim ki, biz qrafikdən iki həftə irəlidəyik", - Tramp hərbi əməliyyatın nə vaxt başa çata biləcəyi ilə bağlı suala cavab verərkən deyib.

"Onlar sahib olduqları hər şeyi itiriblər. Orada tam xaos hökm sürür", - prezident qeyd edib.

Tramp əlavə edib ki, ABŞ əməliyyatın məqsədlərinə, o cümlədən İranda hakimiyyət dəyişikliyinə nail olub: "Biz öz işimizi gördük. Bərpa üçün onlara 10 il lazım olacaq. Tam rejim dəyişikliyi baş verib. Bunlar (İranda hakimiyyətə gələnlər - red.) əvvəllər barələrində heç kimin eşitmədiyi insanlardır və açığı, onlar daha ağıllı çıxdılar. Beləliklə, biz ümumi rejim dəyişikliyinə nail olduq. Bu, mühüm amildir".

Əlaqəli Xəbərlər