Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.
Operativ Media xəbər verir ki, Putin-Paşinyan danışıqları Kremldə keçirilir.
Bildirilib ki, görüşdə tərəflərin Rusiya-Ermənistan strateji tərəfdaşlığının mövcud vəziyyətini və perspektivlərini, əsas regional məsələləri, eləcə də Cənubi Qafqazda iqtisadi, nəqliyyat və logistika əlaqələrinin inkişafını müzakirə edəcəkləri gözlənilir.