Portuqaliya Azərbaycanda səfirlik açmaq barədə qərar verib
Operativ Media
Portuqaliya Azərbaycanda səfirlik açacaq.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Portuqaliyanın dövlət və xarici işlər naziri Paulo Rangel arasında telefon danışığı zamanı məlumat verilib.
Paulo Rangel ölkəsinin Azərbaycandakı diplomatik təmsilçiliyinin səviyyəsinin qaldırılması və ölkəmizdə səfirlik açmaq barədə qərar verildiyini diqqətə çatdırıb.
Ceyhun Bayramov qərara görə təşəkkürünü bildirib.
Nazirlər ikitərəfli münasibətlərin inkişafı istiqamətində siyasi məsləhətləşmələr mexanizminin və qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıblar.