Menyu

Putin: Ermənistanın AİB və Aİ-yə üzv olması eyni vaxtda mümkün deyil

Operativ Media
Putin: Ermənistanın AİB və Aİ-yə üzv olması eyni vaxtda mümkün deyil

Ermənistanın eyni vaxtda Avrasiya İqtisadi Birliyinə (AİB) və Avropa Birliyinə (AB) üzv olması sadəcə mümkün deyil.

Operativ Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə bildirib.

Rusiya lideri qeyd edib ki, Moskva İrəvan və Brüssel arasında münasibətlərin inkişafına sakit yanaşır, lakin Ermənistanın eyni zamanda iki gömrük ittifaqının üzvü ola biləcəyini mümkün saymır.

"Ermənistanın Avropa İttifaqı ilə münasibətlərin inkişafını müzakirə etdiyini görürük. Bu barədə tamamilə sakitik. Başa düşürük ki, istənilən ölkə üçüncü ölkələrlə əməkdaşlıqdan maksimum fayda əldə etməyə çalışır", - deyə Putin Rusiya-Ermənistan danışıqları zamanı bildirib.

Əlaqəli Xəbərlər