Fərid Şəfiyev: Rusiya TRIPP dəhlizindən narazılığını bildirib
Rusiya TRIPP dəhlizindən narazılığını bildirib.
Operativ Media xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev bildirib.
“Beynəlxalq sülh və firavanlıq üçün Tramp marşrutu” layihəsinin həyata keçirilməsinə dair sazişin imzalanması (8.08.2025-ci ildə Vaşinqtonda imzalanıb) Cənubi Qafqazda regional tarazlığı pozub, Rusiya baş nazirinin müavini Aleksey Overçuk müsahibəsində bildirib. "Problem ondadır ki, bu imzalar daha dərin proseslərə təkan verdi. Onlar Türkmənçay müqaviləsinin imzalandığı 1828-ci ildən bəri mövcud olan regional tarazlığı pozdu", - o deyib.
"Mən hesab edirəm ki, 200 illik tarixə istinad etmək bir qədər iddialı olsa da, Cənubi Qafqazda qüvvələr nisbəti şübhəsiz ki, dəyişir. Çoxlu səbəblər, onlardan ən başlıcası Azərbaycanın ərazi bütövlüyünün bərpası və Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulmasıdır". - paylaşımda qeyd edilib.
TRIPP dəhlizinin daha dərin tədqiqi üçün linkə keçid edə bilərsiz.