"TikTok" istifadəçiləri Azərbaycan qanunvericiliyinə uyğun davranmağa çağırır - FOTO
Operativ Media
Son vaxtlar bəzi sosial platformalarda istifadəçilər paylaşım edərkən Azərbaycan qanunvericiliyinə istinad edən xüsusi bir xəbərdarlıq pəncərəsi ilə qarşılaşırlar.
Operativ Media-nın xəbərinə görə, həmin bildirişdə qeyd olunur ki, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna əsasən, cəmiyyətə qarşı açıq şəkildə hörmətsizlik ifadə edən paylaşımların edilməsi qadağandır.
Bu xəbərdarlıq istifadəçiləri internetdəki davranış qaydaları və hüquqi məsuliyyət barədə məlumatlandırmaq məqsədi daşıyır.
Qanunun 13-2-ci maddəsinə görə, internet resurslarında dövlət rəmzlərini təhqir edən, cəmiyyətə, dövlətə və dövlət orqanlarına qarşı aşkar hörmətsizlik nümayiş etdirən məlumatların yayılmasına icazə verilmir.