Məsud Pezeşkian finlandiyalı həmkarı ilə danışıb
Operativ Media
Finlandiya Prezidenti Aleksandr Stubb və onun iranlı həmkarı Məsud Pezeşkian telefon danışığı zamanı Hörmüz boğazındakı vəziyyəti müzakirə ediblər.
Operativ Media xəbər verir ki, bu barədə Stubb "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Mən İran Prezidenti ilə telefon danışığı apardım. Biz İran və Yaxın Şərqdəki vəziyyəti müzakirə etdik. Təcili olaraq atəşkəsə və diplomatik nizamlanmaya nail olmaq lazımdır. Mən qonşu ölkələrə zərbələrin dayandırılmasının və Hörmüz boğazında gəmiçilik bərpa edilməsinin zəruriliyini vurğuladım", - o bildirib.
Stubb həmçinin qeyd edib ki, mövcud fikir ayrılıqlarına baxmayaraq, tərəflər arasında dialoq davam etdirilməlidir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net