Azərbaycan və Türkiyə süni intellekt sahəsində əməkdaşlığı nəzərdən keçirib
Operativ Media
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov Türkiyə Prezidentinin İnvestisiya və Maliyyə Ofisinin nümayəndələri, eləcə də Türkiyənin maliyyə və bank sektorunda təmsil olunan nüfuzlu şirkətlərin rəhbər şəxsləri ilə görüşüb.
Bu barədə Operativ Media-ya rəqəmsal inkişaf və nəqliyyat nazirliyindən məlumat verilib.
Məlumata görə, görüş zamanı rəqəmsallaşma, süni intellekt və innovativ maliyyələşmə sahəsində Azərbaycanda görülmüş işlər barədə məlumat verilib, gələcək əməkdaşlıq imkanları müzakirə olunub.