Azərbaycan və Belarus sürücülük vəsiqələrini qarşılıqlı tanıyacaq
Operativ Media
Azərbaycan və Belarus arasında sürücülük vəsiqələri qarşılıqlı tanınacaq.
Operativ Media xəbər verir ki, bununla bağlı Milli Məclisin İnsan hüquqları komitəsinə müvafiq qanun layihəsi daxil olub.
"Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə qanunun layihəsi komitənin aprelin 6-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.