Zelenski Dəməşqdə suriyalı həmkarı ilə görüşüb
Ukrayna Prezidenti Volodimir Zelenski Dəməşqdə suriyalı həmkarı Əhməd Əl Şara ilə görüşüb.
Operativ Media xəbər verir ki, görüşdə təhlükəsizlik məsələləri müzakirə olunub.
"Rusiyanın Ukraynaya qarşı müharibəsinin vəziyyətini də müzakirə etdik. Suriyanın ərazi bütövlüyü mövzusunda dəstəyinə görə minnətdaram. Hərbi və müdafiə sahəsində təcrübə mübadiləsinə böyük maraq var. Həmçinin Ukraynanın etibarlı qida məhsullarının təchizatçısı kimi roluna toxunduq və regionda ərzaq təhlükəsizliyini gücləndirmək üçün birgə imkanları müzakirə etdik. Suriyanın hazırda üzləşdiyi enerji və infrastruktur çətinliklərindən yaxşı xəbərdarıq. Dövlətlərimizin və xalqlarımızın imkanlarını artırmaq üçün birlikdə işləməyə hazırıq" - Ofisin Ukrayna Prezidenti adından verdiyi açıqlamada bildirilir.