Menyu

Yağışlı havalarda revmatizm xəstələri nələrə diqqət etməlidir?

Operativ Media
Yağışlı havalarda revmatizm xəstələri nələrə diqqət etməlidir?

“İltihabi xəstəliklərdə, xüsusilə revmatik xəstəliklər zamanı hava şəraiti mühüm rol oynayır. Atmosfer təzyiqinin azalması, rütubətin artması və ümumilikdə hava dəyişiklikləri bu xəstəliklərdən əziyyət çəkən insanların vəziyyətinə mənfi təsir göstərə bilər. Belə hallarda oynaqlarda ağrı və iltihab güclənir, xəstənin ümumi vəziyyəti və həyat keyfiyyəti pisləşir. Xalq arasında da tez-tez deyildiyi kimi, bu xəstəliklər “havaya həssas” olur”.

Bu sözləri Operativ Media-ya açıqlamasında revmatoloq Gülzar Sadıqova deyib. 

O bildirib ki, revmatik xəstəliklər geniş anlayışdır və müxtəlif iltihabi prosesləri əhatə edir:

"Bunlardan biri də revmatizmdir. Revmatizm əsasən A qrupu beta-hemolitik streptokokların yaratdığı infeksiya nəticəsində yaranır. Bu zaman orqanizmdə iltihabi proses başlayır və oynaqlarda ağrılar müşahidə oluna bilər.

Lakin kəskin revmatizm zamanı oynaqlarda qalıcı zədələnmə adətən olmur. Əsas təhlükə ürəyə yönəlir. Xəstəlik ürək qapaqlarını zədələyə bilər və nəticədə mitral qapaq çatışmazlığı kimi problemlər yarana bilər. Bu səbəbdən revmatizm xüsusilə ciddi nəzarət tələb edən xəstəlikdir.

Bundan əlavə, bəzi revmatik xəstəliklər autoimmun xəstəliklər qrupuna aiddir. Bu zaman immun sistemi səhvən orqanizmin öz toxumalarına hücum edir və iltihab yaradır. Bu proses oynaqlarda, ürəkdə və digər orqanlarda zədələnməyə səbəb ola bilər.

Revmatizm daha çox uşaqlarda və gənclərdə müşahidə olunur və əsasən ürəyi hədəf alır. Oynaqlarda yaranan ağrılar isə çox vaxt iz qoymadan keçə bilir. Lakin yaş artdıqca oynaqlarda degenerativ dəyişikliklər – yəni köhnəlmə prosesi başlayır və bu da əlavə ağrılara səbəb olur.

Ümumilikdə, hava şəraitində dəyişikliklər – xüsusilə rütubətin artması və atmosfer təzyiqinin azalması iltihabi və revmatik xəstəlikləri olan insanlarda şikayətlərin artmasına gətirib çıxarır. Bu isə həmin şəxslərin daha həssas orqanizmə malik olması ilə əlaqədardır”.

O bildirib ki, yağışlı və rütubətli havalarda revmatizm və digər revmatik xəstəliklər olan pasiyentlər xüsusilə özlərini soyuqdan və nəmdən qorumalıdırlar. Oynaqların üşüməməsi üçün isti geyinmək, xüsusilə diz və bel nahiyəsini qorumaq vacibdir:

“Belə havalarda fiziki yüklənməni azaltmaq, amma tam hərəkətsiz qalmamaq , yüngül hərəkətlər etmək daha faydalıdır. Həkim təyin etdiyi dərmanları mütəmadi qəbul etmək və özbaşına müalicəni dayandırmamaq çox önəmlidir. Əgər ağrılar kəskinləşərsə, mütləq həkimə müraciət olunmalıdır. 

Bundan əlavə, immun sistemini gücləndirmək üçün düzgün qidalanma və kifayət qədər maye qəbulu da tövsiyə olunur.

Revmatik xəstəliklər geniş anlayışdır və müxtəlif iltihabi prosesləri əhatə edir. Bunlardan biri də revmatizmdir. Revmatizm əsasən A qrupu beta-hemolitik streptokokların yaratdığı infeksiya nəticəsində yaranır. Bu zaman orqanizmdə iltihabi proses başlayır və oynaqlarda ağrılar müşahidə oluna bilər.

Lakin kəskin revmatizm zamanı oynaqlarda qalıcı zədələnmə adətən olmur. Əsas təhlükə ürəyə yönəlir. Xəstəlik ürək qapaqlarını zədələyə bilər və nəticədə mitral qapaq çatışmazlığı kimi problemlər yarana bilər. Bu səbəbdən revmatizm xüsusilə ciddi nəzarət tələb edən xəstəlikdir.

Bundan əlavə, bəzi revmatik xəstəliklər autoimmun xəstəliklər qrupuna aiddir. Bu zaman immun sistemi səhvən orqanizmin öz toxumalarına hücum edir və iltihab yaradır. Bu proses oynaqlarda, ürəkdə və digər orqanlarda zədələnməyə səbəb ola bilər.

Revmatizm daha çox uşaqlarda və gənclərdə müşahidə olunur və əsasən ürəyi hədəf alır. Oynaqlarda yaranan ağrılar isə çox vaxt iz qoymadan keçə bilir. Lakin yaş artdıqca oynaqlarda degenerativ dəyişikliklər – yəni köhnəlmə prosesi başlayır və bu da əlavə ağrılara səbəb olur.


Əlaqəli Xəbərlər