Menyu

Ərdoğan: Davam edən müharibə bütün bölgəyə təsir göstərir

Operativ Media
Ərdoğan: Davam edən müharibə bütün bölgəyə təsir göstərir

ABŞ ilə İsrailin İrana hücumu və tərəflər arasında 38 gündür savaşın davam etməsi bölgəyə təsir göstərir.

Operativ Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonrakı çıxışında deyib.

"ABŞ və İsrailin İrana hücumu, tərəflər arasında 38 gündür savaşın davam etməsi bölgəyə təsir göstərir və bunun qarşısını almaq üçün Türkiyə diplomatik təmasları davam etdirir", - o bildirib.

Ərdoğanın sözlərinə görə, hazırkı müharibə qanunsuz və mənasızdır:

"Arzumuz bu qanunsuz, mənasız, qeyri-legitim və bütün insanlıq üçün son dərəcə ağır nəticələr doğuran müharibənin tezliklə sona çatmasıdır".

Əlaqəli Xəbərlər