20 Oktyabr 2022, 11:26
Fransada Azərbaycan səfirliyinə hücuma görə bir nəfər saxlanılıb

Fransada Azərbaycan səfirliyinə hücum edən şəxslərdən biri saxlanılıb.
"Operativ Media" “Qafqazinfo”ya istinadən xəbər verir ki, belə bir iddia ilə fransız tarixçi Maksim Qauin öz tviter hesabında çıxış edib.
“Bu gün səhər saatlarında Paris polisi Daşnaksütyun erməni inqilabi federasiyasının Fransadakı gənclər şöbəsinin sabiq sədri, 2015-ci ildə “Charjoum” dissident qrupunun yaradıcılarından biri olan Loris Tufanyanı həbs edib. Yəqin ki, həbs Azərbaycan səfirliyinin mədəniyyət mərkəzinə qarşı aksiya ilə bağlıdır”, - Qauin ötən gün yazıb.