Menyu

Ərdoğan İspaniyanın Baş naziri ilə telefon danışığı aparıb

Operativ Media
Ərdoğan İspaniyanın Baş naziri ilə telefon danışığı aparıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniyanın Baş naziri Pedro Sançes ilə telefon danışığı aparıb.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Görüş zamanı iki ölkə arasında ikitərəfli münasibətlər, həmçinin regional və qlobal məsələlər müzakirə olunub.

Ərdoğan bildirib ki, Türkiyə ilə İspaniyanın xüsusilə müdafiə sahəsi başda olmaqla bütün istiqamətlərdə nümayiş etdirdiyi həmrəylik xalqlar tərəfindən də məmnuniyyətlə qarşılanır və münasibətlərin daha da inkişaf etdirilməsi nəzərdə tutulur.

Ərdoğan danışıq zamanı, İranın dağıdıcı hücumlarının qəbuledilməz olduğunu vurğulayıb, hər kəsin sülhə, diplomatiyaya üstünlük verməli olduğunu qeyd edib.

Əlaqəli Xəbərlər