Ərdoğan: Türkiyə İranın məhv edilməsi siyasətini qəbul etmir
Operativ Media
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranın tamamilə məhvinə səbəb olacaq hərəkətləri bəyənmədiyini, eyni zamanda Tehranın region ölkələrinə qarşı qisas mövqeyini dəstəkləmədiyini bildirib.
Operativ Media xəbər verir ki, o, bu açıqlamanı İspaniyanın Baş naziri Pedro Sançeslə telefon danışığında verib.
"Türkiyə İranın tamamilə məhv edilməsinə yönəlmiş hərəkətləri bəyənmir və İranın bölgədəki qardaş ölkələrə qarşı mövqeyini səhv hesab edir. Vicdanı olan hər bir insan sülhə can atmalı və diplomatiyaya diqqət yetirməlidir" - Ərdoğan qeyd edib.
Prezident bildirib ki, İsrailin Qəzza və digər yerlərdə qanunlara etinasızlığı dayandırılmadığı təqdirdə, bölgənin sülhə ehtiyacı qalacaq.