Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb

Nərmin Qocamanova
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb.

"Operativ Media" xəbər verir ki, Türkiyə Prezidentinin təyyarəsi Esenboğa hava limanından yola düşüb.

Səfər zamanı keçiriləcək ikitərəfli görüşlərdə Türkiyə ilə Azərbaycan arasında münasibətlərə bütün aspektlərdə yenidən baxılacağı, əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində atılacaq addımların müzakirə olunacağı gözlənilir.

Həmçinin aktual regional və qlobal problemlər, ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Digər xəbərlər