Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı aparıb.
Operativ Media xəbər verir ki, görüş zamanı ötən gecə İranla bağlı elan edilən atəşkəs başda olmaqla, regionda baş verən son hadisələr müzakirə edilib.
Qeyd edək ki, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gecə ABŞ və İran arasında əldə olunan müvəqqəti atəşkəs razılaşmasını alqışlayıb.