Menyu

Türkiyə İsrailin Livana qarşı hücumlarını pisləyib

Operativ Media
Türkiyə İsrailin Livana qarşı hücumlarını pisləyib

Türkiyə İsrailin Livana qarşı intensivləşən və çox sayda itkiyə səbəb olan hücumlarını pisləyib.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda qeyd olunub.

XİN-dən qeyd edilib ki, sözügedən hücumlar Livandakı humanitar vəziyyəti daha da ağırlaşdırır.

"Livanın suverenliyinin və ərazi bütövlüyünün qorunmasına güclü dəstəyimizi bir daha bildiririk", - Türkiyə xarici siyasət idarəsindən bildirilib.

Əlaqəli Xəbərlər