Menyu

Azər Badamov: “Regionda sabitlik və əməkdaşlığın aparıcı qüvvəsi Azərbaycandır”

Operativ Media
Azər Badamov: “Regionda sabitlik və əməkdaşlığın aparıcı qüvvəsi Azərbaycandır”

“Bu gün dünya müharibələr və münaqişələrdən əziyət çəkir. Hətta sabit və inkişaf edən regionları axtarmaq da çətin bir məsələyə çevrilib. Belə bir qarışıq dövürdə Cənubi Qafqaz sülh və əməkdaşlıq regionu kimi dünya üçün bir nümunədir. Təbii ki, bu sülh və əməkdaşlığın memarı Azərbaycandır”.

Bu sözləri Operativ Media-ya açıqlamasında deputat Azər Badamov deyib.

O bildirib ki, Azərbaycan 30 ildə ərazilərinin işğalından, 1 milyon qaçqın və köçkün problemlərindən əziyyət çəkib:

“Amma dövlət başçımızın uğurlu daxili və xarici siyasəti Azərbaycanı qalib etdi və Cənubi Qafqazı sabit və təhlükəsiz regiona çevirib. Belə ki, Prezident İlham Əliyevin liderliyi ilə ordumuz gücləndirildi, beynəlxalq müstəvidə ədalətli mövqeymizi təsdiq olundu və ölkədə milli birlik və həmrəylik gücləndirildi. Təbii ki, qələbəmizin təməlində düzgün qrurlmuş hərbi, diplomatik və sosial strategiya dayanır.  

Ölkədə yaranmış monolit birlik Dəmir yumruqa çevrildi və mümükün görünməyən məsələləri mümkün etdi. 44 gündə ərazilərimizin bütövlüyü və 23 saatdan az bir müddətdə ərazilərimizdə konstitusion dövlət quruluşu bərpa olundu və uzun illər düşmən olan Ermənistanla sülh müqaviləsi paraflanaraq ticari-iqtisadi əməkdaşlığa başlanıldı.  

Azərbaycan son 80 ildə özünün pozulmuş hüquqlarını öz gücü ilə ədalətli bərpa edən dünyada yeganə ölkədir. Bu gün Cənubi Qafqazda gərginliklər və müharibələr dövrü arxada qalıb. Ölkələrimiz əməkdaşlıq edir və böyük corafiyalar arasında bağlantılar yaradır. Belə ki, Azərbaycanla Gürcüstan arasında dostluq və əməkdaşlıqın möhkəmlənməsi Orta dəhlizin tərkib hissələri olan Bakı-Tiblisi-Qars dəmir yolu, Bakı-Tiblisi-Ceyhan neft marşurutu və Cənub Qaz Dəhlizinin ərsəyə gəlməsinə yol açıb. O cümlədən Gürcüstan ərazindən Yaşıl dəhlizinin inşası, Ermənistanla iqtisadi əlaqələrin yaranmasına imkan açılıb. Həm də Ermənistanla yekun sülh müqaviləsi imzalandıqdan sonra Orta dəhlizin bir seqmenti olaraq Zəngəzur dəhlizi də fəaliyyət göstərəcək və Cənubi Qafqaz Asiyanı Avropaya birləşdirən ən təhlükəsiz region olaraq əhəmiyyətini artıracaqdır. Bəli, Cənubi Qafqazın uğur hekayəsini yazan Azərbaycan dövlətinin Lideri Prezident İlham Əliyevdir. Məhz Liderimizin sayəsində regionumuz müharibələrə son qoyub və dünya üçün nümunəyə çevrilib”.

Əlaqəli Xəbərlər