Menyu

Deputat: “Azərbaycanın gücü birlik və məqsədyönlü siyasətdədir”

Operativ Media
Deputat: “Azərbaycanın gücü birlik və məqsədyönlü siyasətdədir”

“Bizim mübarizəmiz ədalət uğrunda aparılan bir mübarizə idi. Bu yolda cəmiyyət bütövlükdə Prezident, Ali Baş Komandanın ətrafında sıx birləşdi. Dövlətin, şəxsən Prezidentin həyata keçirdiyi məqsədyönlü siyasət Azərbaycanı daha da gücləndirdi”.

Bu sözləri deputat Aydın Mirzəzadə Operativ Media-ya açıqlamasında deyib.

O bildirib ki, hər bir Azərbaycan vətəndaşı torpaqların işğaldan azad olunmasını özünün ali məqsədinə çevirmişdi:

“Bu ümummilli həmrəylik ordumuzun gücünə güc qatdı. Əsgərlərimizin şücaəti isə qələbənin əsas dayaqlarından biri oldu. Onlar nə uğrunda vuruşduqlarını dəqiq bilirdilər - Vətən, torpaq və gələcək uğrunda.

Düşmən tərəfdə isə fərqli mənzərə mövcud idi. Onların əsgərləri getdikcə daha aydın anlayırdılar ki, yad torpaqlarda döyüşürlər və Ermənistanın millətçi dairələrinin siyasi ambisiyalarının qurbanına çevriliblər.

Eyni zamanda, Azərbaycan beynəlxalq müstəvidə də öz həqiqətlərini təsdiqləyə bildi, dostlarının sayını artırdı. Ərazi bütövlüyü ideyası artıq dünya birliyi tərəfindən qəbul edilən əsas mövqeyə çevrildi.

Silahlı Qüvvələrimizin gücləndirilməsi, müasir texnologiyaların və ən yeni silahların əldə olunması isə bu prosesdə həlledici rol oynadı. Bütün bu amillər birləşərək Azərbaycanı qələbəyə addım-addım yaxınlaşdırdı və qısa müddətdə tarixi nəticə əldə edildi.”


Əlaqəli Xəbərlər