İran XİN: Hörmüz boğazı ABŞ gəmiləri üçün də açıqdır
Operativ Media
“Hörmüz boğazı ABŞ gəmiləri üçün də açıqdır, lakin keçid yalnız İranın razılığı ilə və düşmən hərəkət olmadığı halda mümkündür”.
Operativ Media xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Səid Xətibzadə Britaniyanın ITV telekanalına açıqlamasında deyib.
“Hörmüz boğazı açıqdır. Lakin hər bir tanker və gəmi təhlükəsiz keçid üçün İran hakimiyyətləri ilə zəruri tədbirləri razılaşdırmalıdır”, - diplomat bildirib.