Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
Operativ Media
İsrailin Baş naziri Benyamin Netanyahu ən qısa müddətdə Livanla birbaşa danışıqlara başlamaq barədə göstəriş verdiyini bildirib.
Operativ Mediaxəbər verir ki, bu barədə "Ynet" xəbər portalı yazır.
""Hizbullah"ın tərksilah edilməsi və İsrail ilə Livan arasında sülh münasibətlərinin qurulması danışıqların əsas məsələləri olacaq. İsrail Livanın Baş nazirinin Beyrutda qoşun yerləşdirmək barədə bugünkü çağırışını yüksək qiymətləndirir", - Netanyahu deyib.