Türkiyənin daxili işlər naziri Bakıda Birol Akgünlə görüşüb
Operativ Media
Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi ölkəmizdə yerləşən Türkiyə səfirliyini ziyarət edib.
Operativ Media xəbər verir ki, Mustafa Çiftçi Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün ilə Türkiyə və Azərbaycan arasındakı diplomatik münasibətlər, vətəndaşlara göstərilən xidmətlər və iki ölkə arasında əməkdaşlığın inkişafı istiqamətində həyata keçirilən fəaliyyətlər müzakirə olunub.
Nazir qeyd edib ki, xaricdə fəaliyyət göstərən nümayəndəliklər Türkiyənin beynəlxalq aləmdə güclü mövqeyinin mühüm bir hissəsidir və görülən işlərə görə təşəkkürünü bildirib.
Görüşdə Türkiyə Prezidentinin oğlu Bilal Ərdoğan da iştirak edib.