Paşinyan: Azərbaycanla dəmir yolu əlaqəsi ticari-iqtisadi əlaqələrin genişlənməsinə yeni təkan verir
Operativ Media
Regionda baş verən proseslər Ermənistan və Qazaxıstan arasındakı əməkdaşlığa müsbət təsir göstərir.
Operativ Media xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayevlə görüşündə bildirib.
"Yüksək səviyyəli ikitərəfli qarşılıqlı səfərlər Ermənistan və Qazaxıstan arasında çoxplanlı əməkdaşlığın inkişafını stimullaşdırır. Regionda baş verən proseslər Ermənistan və Qazaxıstan arasındakı əməkdaşlığa da müsbət təsir göstərir, xüsusən də Azərbaycan, Rusiya və Gürcüstan vasitəsilə qurulmuş dəmir yolu əlaqəsi ticari-iqtisadi əlaqələrin genişlənməsinə yeni təkan verir", - Baş nazir qeyd edib.
Qazaxıstanın xarici işlər naziri qurulmuş dəmir yolu əlaqəsinin ikitərəfli ticari-iqtisadi əlaqələri əhəmiyyətli dərəcədə genişləndirəcəyinə əminliyini ifadə edib.