Menyu

Tramp İranla danışıqların uğursuzluq ehtimalını istisna etmir

Operativ Media
Tramp İranla danışıqların uğursuzluq ehtimalını istisna etmir

ABŞ Prezidenti Donald Tramp İranla sülh danışıqlarının uğursuzluqla nəticələnməsi ehtimalına hazırlaşdıqlarını bildirib.

Operativ Media xəbər verir ki, bu barədə o, "The New York Post" nəşrinə müsahibəsində danışıb.

Tramp qeyd edib ki, ABŞ gəmiləri ən müasir silah və sursatlarla təchiz olunur.

“Biz yenidən yükləmə aparırıq. Gəmilərimizi indiyədək yaradılmış ən yaxşı silahlarla doldururuq – hətta əvvəllər istifadə etdiklərimizdən də yaxşıdır”, – deyə o, vurğulayıb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb. Aprelin 8-də isə İran ilə ABŞ və onların müttəfiqləri ikihəftəlik atəşkəs barədə razılığa gəliblər.

Qeyd edək ki, ABŞ və İran danışıqları aprelin 11-də Pakistanda keçiriləcək.

Əlaqəli Xəbərlər