Şahbaz Şərif: Pakistan bütün səylərini səfərbər edəcək
Pakistan ABŞ və İran arasında danışıqların uğurlu keçməsi üçün bütün səylərini səfərbər edəcək.
Operativ Media xəbər verir ki, bu barədə ölkənin Baş naziri Şahbaz Şərif xalqa müraciətində bildirib.
Onun sözlərinə görə, ABŞ və İran nümayəndə heyətləri arasında danışıqlar şənbə günü İslamabadda başlayacaq.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb.
Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb. Aprelin 8-də isə İran ilə ABŞ və onların müttəfiqləri ikihəftəlik atəşkəs barədə razılığa gəliblər.
Qeyd edək ki, ABŞ və İran danışıqları aprelin 11-də Pakistanda keçiriləcək.