İrəvanda Ermənistan və Qazaxıstan arasında strateji tərəfdaşlıq müzakirə edilib
Operativ Media
İrəvanda Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub.
Operativ Media xəbər verir ki, bu barədə Mirzoyan “X” hesabında paylaşım edib.
Məlumata görə, tərəflər Ermənistan–Qazaxıstan strateji tərəfdaşlığının daha da gücləndirilməsi məsələlərini müzakirə ediblər.
Görüşdə həmçinin ticarət və iqtisadi əməkdaşlığın inkişafı, eləcə də regional nəqliyyat və əlaqəlilik layihələrinin irəlilədilməsi istiqamətində təşəbbüslər nəzərdən keçirilib.
Bildirilib ki, tərəflər qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın genişləndirilməsində maraqlıdırlar.