Menyu

Rizvan Nəbiyev: İrandakı səfirliyimizin fəaliyyətə başlaması mühüm diplomatik addımdır

Operativ Media
Rizvan Nəbiyev: İrandakı səfirliyimizin fəaliyyətə başlaması mühüm diplomatik addımdır

12 aprel 2026-cı ildə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin fəaliyyətini bərpa etməsi regionda formalaşmaqda olan yeni geosiyasi reallıqlar fonunda mühüm diplomatik addım kimi qiymətləndirilməlidir. 

Operativ Media xəbər verir ki, bunu deputat, siyasi elmlər doktoru Rizvan Nəbiyev bildirib. O qeyd edib ki, bu qərar yalnız texniki və ya inzibati xarakter daşımır, xüsusi ilə Azərbaycanın xarici siyasət kursunun – xoş qonşuluq münasibətlərinə, dinc yanaşı yaşama prinsipinə verdiyi önəmin – praktik təzahürüdür.

İlk mərhələdə səfirlik fəaliyyətinin məhdud heyətlə bərpası təhlükəsizlik risklərinin hələ tam aradan qalxmadığını göstərir. Bu yanaşma diplomatik praktikada tez-tez tətbiq olunan “mərhələli normallaşma” modelinə uyğundur və vəziyyətin sabitləşməsinə paralel olaraq institusional fəaliyyətin genişləndirilməsini nəzərdə tutur. 

"Xüsusilə Yaxın Şərqdə son hərbi gərginliklər və əldə edilən iki həftəlik atəşkəs fonunda bu addım həm ehtiyatlı, həm də strateji baxımdan balanslıdır.

Səfirliyimizin Tehran şəhərində fəaliyyətinin bərpası siyasi və iqtisadi əlaqələrin davamlılığı üçün vacib olmaqla yanaşı strateji əhəmiyyətli qərardır.

Bu qərar xoş qonşuluq, dost münasibətlər, humanitar diplomatiya, liderlərarası dialoq və qarşılıqlı etimadın sintezində formalaşan kompleks yanaşmanın nəticəsidir. Bu addım regionda davamlı sülhün təmin olunmasına töhfə verilməsinə xidmət edir"-deyə deputat bildirib.

Əlaqəli Xəbərlər