Menyu

Qəbələdən qayıdan Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələri mətbuat konfransı keçiriblər

Operativ Media
Qəbələdən qayıdan Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələri mətbuat konfransı keçiriblər
Qəbələdən qayıdan Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələri mətbuat konfransı keçiriblər.

Operativ Media xəbər verir ki, onlar görüşlərin davam etməsini mühüm nailiyyət kimi qiymətləndirərək bildiriblər ki, bu cür dialoqlar cəmiyyətlər arasında yaxınlaşmaya və sülh gündəliyinin irəliləməsinə xidmət edir. Qeyd olunub ki, görüşlərin əsas məqsədi keçmişi unutmaq və ya inkar etmək deyil, mövcud reallıqları nəzərə alaraq yeni əməkdaşlıq imkanları yaratmaqdır.

“Sülh körpüsü” təşəbbüsünün üzvləri vurğulayıblar ki, onlar heç bir hökuməti təmsil etmirlər və fəaliyyətləri ictimai dialoqu inkişaf etdirməyə yönəlib.

Mətbuat konfransında Ermənistan tərəfi Bakıda saxlanılan ermənilərlə bağlı məsələni gündəmə gətirib. Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri isə mina qurbanlarının sayının 400-dən çox olduğunu, həmçinin 1990-cı illərdən bəri 3000-dən artıq azərbaycanlının itkin düşdüyünü diqqətə çatdırıblar.

Bildirilib ki, bu kimi məsələlərin qaldırılması qısa müddətdə nəticə verməsə də, əsas məqsəd qarşılıqlı dinləmə və anlaşma mühiti yaratmaqdır. Təşəbbüsün tərəflər arasında etimadın gücləndirilməsinə xidmət etdiyi qeyd olunub.

Əlaqəli Xəbərlər