Hikmət Hacıyev Niklas Vaqnerlə görüşüb
Almaniyanın Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi müvəkkili Niklas Vaqner Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, ikitərəfli münasibətlər davamlı mübadilə və açıq dialoq əsasında inkişaf etməkdədir:
"Bu prinsipə uyğun olaraq, aprelin 10-da Bakıda Almaniya və Azərbaycan arasında növbəti siyasi məsləhətləşmələr keçirilib. Almaniyanın Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili Niklas Vaqner görüşlərdə iştirak etmək üçün Berlindən səfər edib. Regiondakı mövcud təhlükəsizlik vəziyyəti fonunda belə davamlı və konstruktiv mübadilə xüsusi əhəmiyyət daşıyır.
Məhsuldar müzakirələrə görə xarici işlər nazirinin müavini Fariz Rzayevə və Prezidentin xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə səmimi təşəkkürümüzü bildiririk". - məlumatda qeyd edilib.