Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Qətərə rəsmi səfər edib.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "X" sosial şəbəkəsi məlumat yayıb.
Bildirilib ki, Yaşar Gülər Dohadakı qarşılama mərasimindən sonra Qətər Türk Birləşmiş Müştərək Qüvvələr Komandanlığına gedərək yoxlama və nəzarət tədbirləri həyata keçirib.