Menyu

"Hizbullah" İsraillə danışıqlardan imtina edib

Operativ Media
"Hizbullah" İsraillə danışıqlardan imtina edib

“Hizbullah" qruplaşmasının baş katibi Naim Qasım İsraillə hər hansı danışıqlar keçirilməsinə qarşı çıxıb.

Operativ Media xəbər verir ki, Qasımın bu barədə bəyanatını "Mehr" Xəbər Agentliyi yayıb.

"Hizbullah"ın baş katibi Livan hökumətini müqavimətin daxili potensialı zəiflətməkdə ittiham edib. Bununla yanaşı, ölkənin baş nazirini əməkdaşlığa çağırıb: "Gəlin birlikdə təcavüzə qarşı duraq, sonra hər şey barədə razılığa gələrik".

"Biz (israillə - red.) hər hansı danışığı rədd edirik. Bu danışıqlar nəticəsizdir və gedişatı dəyişmək üçün Livanın daxili həmrəyliyə ehtiyacı var", - N. Qasım vurğulayıb.

Əlaqəli Xəbərlər