Menyu

Abbas Əraqçi və Sergey Lavrov İran-ABŞ danışıqlarını müzakirə ediblər

Operativ Media
Abbas Əraqçi və Sergey Lavrov İran-ABŞ danışıqlarını müzakirə ediblər

İranın xarici işlər naziri Abbas Əraqçi aprelin 13-də rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı zamanı ona aprelin 11-də Pakistanın paytaxtı İslamabadda keçirilmiş İran-ABŞ danışıqlarının detalları barədə məlumat verib.

Operativ Media xəbər verir ki, bu barədə Rusiya xarici siyasət idarəsinin məlumatında deyilir.

Məlumata görə, Moskva "diplomatik səylərin davam etdirilməsinə dair qorunub saxlanılan niyyəti" və regionda vəziyyətin uzunmüddətli sabitləşməsini təmin etməyə imkan verəcək həll yollarının axtarışını alqışlayıb.

Lavrov silahlı qarşıdurmanın yenidən başlamasının qarşısının alınmasının əhəmiyyətini vurğulayıb və güc yolu ilə həll edilə bilməyən böhranın nizamlanmasına Rusiya tərəfinin kömək etməyə hər zaman hazır olduğunu bir daha bəyan edib.

Xatırladaq ki, aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib. Vaşinqton və Tehran arasında uzun sürən danışıqlar razılaşma əldə olunmadan başa çatıb.

Əlaqəli Xəbərlər