Menyu

İran beş ərəb ölkəsindən kompensasiya tələb edib

Operativ Media
İran beş ərəb ölkəsindən  kompensasiya tələb edib

İran Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və İordaniyadan ona dəyən ziyana görə kompensasiya tələb edib.

Operativ Media xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani təşkilatın Baş katibi Antonio Quterreşə ünvanladığı məktubda bildirib.

Məktubda qeyd olunur ki, “Bəhreyn Krallığı, Səudiyyə Ərəbistanı Krallığı, Qətər Dövləti, Birləşmiş Ərəb Əmirlikləri və İordaniya Haşimilər Krallığı İran İslam Respublikasına beynəlxalq hüquqa zidd hərəkətləri nəticəsində dəyən bütün maddi və mənəvi zərərə görə, o cümlədən kompensasiya formasında tam təzminat ödəməlidirlər”.

İran tərəfi bu tələbi ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi əməliyyat zamanı adıçəkilən ölkələrin ərazilərindən istifadə olunması ilə əsaslandırır.

Əlaqəli Xəbərlər