Menyu

Mərakeş məhkəməsi 18 seneqallı azarkeşi həbs cəzasına məhkum edib

Şəfa Hüseynli
Mərakeş məhkəməsi 18 seneqallı azarkeşi həbs cəzasına məhkum edib

Mərakeş apelyasiya məhkəməsi Mərakeş və Seneqal arasında keçirilən Afrika Millətlər Kubokunun final oyununda iğtişaşlar törətməkdə günahlandırılan 18 Seneqal azarkeşinin hökmünü qüvvədə saxlayıb.

Operativ Media xəbər verir ki, bu barədə "AFP" məlumat yayıb.

Bildirilib ki, azarkeşlər 18 yanvarda həbs olunaraq hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı zorakılıq etməkdə, idman avadanlıqlarına zərər vurmaqda və əşyalar atmaqda ittiham olunublar.

Məhkəmənin ilk mərhələsində doqquz seneqallı bir il həbs cəzasına və 5000 Mərakeş dirhəmi (təxminən 460 avro) cərimə, altı azarkeş altı ay həbs cəzasına və 2000 dirhəmə (184 avro), üç azarkeş isə üç ay həbs cəzasına və 1000 dirhəmə (92 avro) cərimə cəzasına məhkum edilib. 13 apreldə təqsirləndirilən şəxslər məhkəmənin qərarından apelyasiya şikayəti veriblər, lakin qərar qüvvədə saxlanılıb.

Əlaqəli Xəbərlər