Menyu

ABŞ-nin hansı gəmilərinin Hörmüz boğazını blokada etdiyi məlum olub

Operativ Media
ABŞ-nin hansı gəmilərinin Hörmüz boğazını blokada etdiyi məlum olub

Hazırda ABŞ-nin "Avraam Linkoln" atom aviadaşıyıcısı və "Tripoli" desant gəmisi də daxil olmaqla 15-ə yaxın hərbi gəmisi dəniz blokadasını həyata keçirmək məqsədilə Oman körfəzi və Ərəbistan dənizi sularında yerləşir.

Operativ Media xəbər verir ki, bu haqda TASS ABŞ Hərbi Dəniz İnstitutunun xəbər portalına istinadən məlumat yayıb.

Xüsusilə qeyd olunur ki, hazırda regionda olan 15-ə yaxın hərbi gəmi arasında "Frenk Petersen" və "Maykl Merfi" raket esminsetləri də var.

Həmçinin Ərəbistan dənizində Yaponiyadan göndərilmiş "Tripoli", "Nyu Orlean" və "Raşmor" desant gəmiləri qrupu mövqe tutub. Onlarla birlikdə regionda "Avraam Linkoln" atom aviadaşıyıcısının rəhbərlik etdiyi aviadaşıyıcı zərbə qrupu və onu müşayiət edən iki esmines də fəaliyyət göstərir. Bundan əlavə, Ərəbistan dənizində bir-birindən asılı olmayaraq daha yeddi esmines yerləşdirilib.

Təxminən 21-22 aprel tarixlərində Ərəbistan dənizi regionuna "Corc Buş" aviadaşıyıcısının rəhbərlik etdiyi zərbə qrupu da daxil olacaq. Bu qrupun tərkibinə "Donald Kuk", "Meyson", "Ross" esminesləri və "Arktik" sürətli təchizat tankeri daxildir. ABŞ Hərbi Dəniz İnstitutunun (USNI) portalının məlumatına görə, həmin gəmilər hazırda Namibiya sahillərindədir.

Əlaqəli Xəbərlər