Menyu

“Express Tribune”: Pakistanda 16 terror şübhəlisi saxlanılıb

Operativ Media
“Express Tribune”: Pakistanda 16 terror şübhəlisi saxlanılıb

Pakistanın təhlükəsizlik qüvvələri terror aktlarında əli olmaqda şübhəli bilinən 16 nəfəri saxlayıb.

Operativ Media xəbər verir ki, bu barədə "The Express Tribune" qəzeti Cənubi Asiya İslam Respublikasının Antiterror İdarəsinə (ATİ) istinadən məlumat yayıb.

Ölkədə fəaliyyəti qadağan olunmuş "Fitnə əl-Xavaric" qruplaşması (əvvəllər "Tehrik-i-Taliban Pakistan" kimi tanınırdı) ilə əlaqəli olan ekstremistlər Pəncab əyalətinin beş şəhərində keçirilən əməliyyatlar zamanı ələ keçiriliblər.

ATİ-nin bəyanatına görə, şübhəlilər polis postlarına hücumlar planlaşdırsalar da, hüquq-mühafizə orqanlarının vaxtında həyata keçirdiyi tədbirlər nəticəsində onların niyyətlərinin qarşısı alınıb. Saxlanılan şəxslərdən partlayıcı maddələr, detonatorlar, qadağan olunmuş ədəbiyyat və nağd pul müsadirə edilib.

Daha əvvəl xəbər verildiyi kimi, Pakistan təhlükəsizlik qüvvələri ölkənin şimal-qərbindəki Xeybər-Paxtunxva əyalətində keçirilən antiterror əməliyyatları zamanı 13 yaraqlını məhv edib.

Əfqanıstanla həmsərhəd olan Xeybər-Paxtunxva və Bəlucistan əyalətləri 2025-ci ildə Pakistandakı terror hadisələrinin 90%-nin baş verdiyi bölgələr olub. Hər iki regionda müxtəlif silahlı qruplaşmalar etnik azlıqların — puştunların və bəlucların hüquqlarını müdafiə etmək bəhanəsi ilə Pakistanın təhlükəsizlik qüvvələrinə və mülki şəxslərə qarşı hücumlar həyata keçirirlər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər