Menyu

Ukrayna və Almaniya 20 ildən sonra hökumətlərarası məsləhətləşmələri bərpa edib

Operativ Media
Ukrayna və Almaniya 20 ildən sonra hökumətlərarası məsləhətləşmələri bərpa edib

Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın Federal kansleri Fridrix Merts ilə birlikdə 20 ildən artıq fasilədən sonra ilk dəfə keçirilən hökumətlərarası məsləhətləşmələrdə iştirak edib.

Operativ Media xəbər verir ki, tərəflər Ukrayna-Almaniya münasibətlərinin artıq həqiqi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd ediblər.

Bildirilib ki, məsləhətləşmələrin bərpası əməkdaşlığın daha sürətli inkişafına töhfə verəcək.

Görüş zamanı konkret nəticələr və gələcək planlar müzakirə olunub. Əsas diqqət bu gün imzalanan sənədlərə yönəlib. Qeyd edilib ki, sənədlərin böyük hissəsi Ukraynanın müdafiə qabiliyyətinin və dayanıqlılığının artırılmasına xidmət edir.

Tərəflər həmçinin Ukraynanın Almaniyaya təklif etdiyi pilotsuz uçuş aparatları üzrə ikitərəfli saziş, eləcə də ölkənin Avropa İttifaqına gələcək üzvlüyü ilə bağlı məsələləri müzakirə ediblər.

Sonda Ukrayna tərəfi Almaniyaya göstərdiyi dəstəyə və əməkdaşlığa hazır olduğuna görə təşəkkürünü bildirib.

Əlaqəli Xəbərlər