Menyu

Banqladeşdə gəmi qəzasında 250 nəfər itkin düşüb

Operativ Media
Banqladeşdə gəmi qəzasında 250 nəfər itkin düşüb

Andaman dənizinin Banqladeş sahilləri yaxınlığında gəmi qəzası nəticəsində qadınlar və uşaqlar da daxil olmaqla azı 250 nəfər itkin düşüb.

Operativ Media xəbər verir ki, bu barədə "Dhaka Tribune" nəşri məlumat yayıb.

Məlumata görə, gəminin sərnişinləri Rohinca qaçqınları, eləcə də Banqladeş vətəndaşları olub. Gəmi Banqladeşin cənubunda yerləşən Teknaf bölgəsindən yola düşüb və Malayziya istiqamətində irəliləyib. İlkin məlumata görə, qəzaya səbəb gəminin həddindən artıq yüklənməsi, güclü külək və fırtına şəraiti olub.

Hazırda axtarış-xilasetmə əməliyyatı aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər