Menyu

Elçin Əmirbəyov və Brodski Cənubi Qafqazda təhlükəsizliyi müzakirə ediblər

Operativ Media
Elçin Əmirbəyov və Brodski Cənubi Qafqazda təhlükəsizliyi müzakirə ediblər

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Praqada Çexiyanın xarici işlər nazirinin müavini Jiri Brodski ilə görüşüb və Cənubi Qafqazda təhlükəsizlik məsələləri müzakirə olunub.

Operativ Media xəbər verir ki, J. Brodski bu barədə "X" sosial şəbəkə hesabında məlumat yayıb.

"Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovu Praqada salamlamaqdan məmnunam", - o bildirib və əlavə edib ki, söhbət zamanı Cənubi Qafqazda təhlükəsizlik müzakirə olunub:

"Həmçinin Çexiya şirkətləri üçün imkanlar, təhsil sektoru və Bakıya birbaşa uçuşlar vasitəsilə turizm sahəsində əməkdaşlığı müzakirə etdik".

Əlaqəli Xəbərlər