ABŞ İrandakı əməliyyata 51 milyard dollardan çox pul xərcləyib
Operativ Media
İrandakı hərbi əməliyyat təxminən 46 günlük döyüşlər ərzində ABŞ-yə 51,2 milyard dollardan çox vəsait hesabına başa gəlib.
Operativ Media xəbər verir ki, bu haqda "Iran War Cost Tracker" portalı məlumat yayıb.
Portalın real vaxt rejimində fəaliyyət göstərən sayğacı Pentaqonun martın 10-da ABŞ Konqresi üçün keçirdiyi brifinqə əsaslanır. Həmin brifinqdə qeyd olunmuşdu ki, Yaxın Şərqdəki döyüşlərin ilk altı günü ərzində Vaşinqton 11,3 milyard dollar xərcləyib və münaqişənin sonrakı hər günü üçün daha 1 milyard dollar xərcləməyi planlaşdırır.