Livan Səhiyyə Nazirliyi: Son 24 saat ərzində İsrailin hücumlarında 35 nəfər ölüb
Şəfa Hüseynli
Son 24 saat ərzində İsrailin hücumları nəticəsində Livanda 35 nəfər ölüb.
Operativ Media xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.
Bəyanatda həmçinin qeyd olunur ki, Vaşinqtonda İsrail və Livan arasında aparılan danışıqlarla paralel olaraq, İsrailin zərbələri nəticəsində Livanda onlarla insan yaralanıb.
Livanda münaqişə başlayandan bəri 6921 nəfər yaralanıb.