ABŞ narkotik qaçaqmalçılarına məxsus gəmini vurub
Operativ Media
ABŞ hərbçiləri Sakit okeanda narkotik qaçaqmalçıları tərəfindən istifadə olunduğu bildirilən gəmiyə zərbə endirib.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində 4 nəfər həyatını itirib.
Açıqlamada qeyd olunur ki, əməliyyat Cənub Komandanlığının rəhbəri Frensis Donovanın göstərişi ilə həyata keçirilib. “Cənub nizəsi” adlı birgə əməliyyat qrupu aprelin 14-də sözügedən gəmiyə ölümcül zərbə endirib.
Bildirilir ki, kəşfiyyat məlumatları gəminin Sakit okeanın şərq hissəsində narkotik qaçaqmalçılığı marşrutları boyunca hərəkət etdiyini və narkotrafik məqsədilə istifadə olunduğunu təsdiqləyib.