Şimali Kipr Türk Respublikasında Türk Dünyası Uşaq Ədəbiyyatı Seminarı" keçiriləcək
Şəfa Hüseynli
Şimali Kipr Türk Respublikasında (ŞKTR) 20-21 aprel tarixlərində "Türk Dünyası Uşaq Ədəbiyyatı Seminarı" keçiriləcək.
Operativ Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Seminarın məqsədi müxtəlif bölgələrdən olan akademikləri, yazıçıları bir araya gətirərək sahənin mövcud vəziyyətini qiymətləndirmək və ortaq bir vizyon inkişaf etdirməkdir.
Bildirilib ki, türk dünyasının mədəni və ədəbi irsinin gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayan uşaq ədəbiyyatı beynəlxalq seminarda ətraflı müzakirə olunacaq.
Qeyd edilib ki, seminara Türkiyə, Azərbaycan, Qazaxıstan,Qırğızıstan, Özbəkistan, Şimali Makedoniya və Kosovodan iştirakçılar qatılacaq.
Seminarda uşaq ədəbiyyatının nəzəri çərçivəsi, qlobal trendlər, türk dünyasında mövcud istehsal və yazı təcrübələri və gələcək üçün strateji yanaşmalar müzakirə olunacaq.