Menyu

Türkiyədə məktəbə silahlı hücumda ölənlərin sayı artıb - YENİLƏNİB 4

Şəfa Hüseynli
Türkiyədə məktəbə silahlı hücumda ölənlərin sayı artıb - YENİLƏNİB 4

Türkiyədə məktəbə silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

Operativ Media xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Bildirib ki, hadisə nəticəsində ölənlərin sayı 9-a çatıb.

Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi silahlı hücumun terror aktı olmadığını bildirib.

16:10

Kahramanmaraşdakı Ayser Çalık Orta Məktəbində silahlı hücumu törədən 8-ci sinif şagirdi olub. Hadisəni törədəndən sonra silahlı hücum edən şagird özünü öldürüb.

Operativ Media xəbər verir ki, bu barədə Kahramanmaraş qubernatoru Mükerrem Ünlüer məlumat verib.

Bildirilib ki, hücum edən şəxsin atası keçmiş polis məmurudur.

"Şübhəsiz ki, o, atasının silahlarını götürüb. Hücum iki sinif otağında baş verib".- vali qeyd edib.

***
15:50

Kahramanmaraşdakı Ayser Çalık Orta Məktəbində baş verən silahlı hücumda 1 müəllim və 3 şagird də daxil olmaqla 4 nəfər ölüb, 4-ü ağır olmaqla 20 nəfər yaralanıb.

Operativ Media xəbər verir ki, bu barədə Kahramanmaraş qubernatoru Mükerrem Ünlüer məlumat verib.

***
15:09

Türkiyənin Kahramanmaraş əyalətinin Onikişubat rayonundakı Ayser Çalık Orta Məktəbində silah səsləri eşidilib. 

Operativ Media xəbər verir ki, bu barədə "A Haber'' məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə çoxsaylı polis və tibb qrupları göndərilib.

Çoxlu sayda ölü və yaralı olduğu bildirilir.

Fotogalereya

Əlaqəli Xəbərlər