İsrail İranın iddialarını təkzib edib - YENİLƏNİB
İsrail Livanda atəşkəs rejiminin qüvvəyə minməsi ilə bağlı iddiaları təkzib edib.
Operativ Media xəbər verir ki, bu barədə "The Times of Israel"ə yüksək vəzifəli İsrail rəsmisi bildirib.
Onun sözlərinə görə, Livanda heç bir atəşkəs yoxdur.
O vurğulayıb ki, "Hizbullah" qruplaşmasının məhv edilməsi həm Livanın, həm də İsrailin maraqlarındadır.
İsrail mənbələrinin məlumatına görə, ölkə hakimiyyəti atəşkəs rejiminin tətbiq edilməsi ilə bağlı heç bir sorğu almayıb.
18:07
Livanda "Hizbullah" qruplaşması ilə İsrail arasında atəşkəs rejimi elan ediləcək.
Operativ Media xəbər verir ki, bu barədə "Al-Mayadeen" telekanalı İran hökumətindəki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Tehranın göstərdiyi təzyiq sayəsində 2026-cı il aprelin 8-də elan edilmiş ABŞ və İran arasındakı ikihəftəlik barışığın müddəti başa çatana qədər Livanda bir həftə atəşkəs rejiminə riayət ediləcək.
Mənbə qeyd edir ki, İsraili hərbi əməliyyatlardan çəkindirmək məsuliyyəti ABŞ-nin üzərinə qoyulacaq.